Het-trik etdi, ən yaxşı seçildi

Het-trik etdi, ən yaxşı seçildi

Dünya çempionatının 3-cü turunun G, H və I qruplarında keçirilən qarşılaşmaların ən yaxşı futbolçularının adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, Norveç - Fransa matçında (1:4) bu ada het-trik müəllifi olan Usman Dembele layiq görülüb.

Seneqal - İraq duelində (5:0) Pap Qeye seçilib.

Kabo Verde - Səudiyyə Ərəbistanı görüşündə (0:0) Deroy Duarte oyunun ən yaxşısı adına sahib çıxıb.

Uruqvay - İspaniya oyununda (0:1) vurulan yeganə qolun müəllifi Aleks Baena mükafatlandırılıb.

Yeni Zelandiya - Belçika matçında (1:5) dubl edən Leandro Trossard bu ada layiq görülüb.

Misir - İran (1:1) qarşılaşmasında Ramin Rezaeyan fərqləndirilib.