"Qalatasaray" 26-cı dəfə Türkiyə Super Liqasının çempionu oldu

"Qalatasaray" 26-cı dəfə Türkiyə Super Liqasının çempionu oldu

Türkiyə Superliqasında mövsümün çempionu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, lider "Qalatasaray" növbəti titulunu vaxtından əvvəl rəsmiləşdirib.

Okan Burukun komandası İstanbulda "Antalyaspor"u məğlub edərək (4:2) tarixində 26-cı dəfə ölkə çempionu olub.

İstanbulun digər təmsilçisi “Fənərbağça” səfərdə “Konyaspor”u üstələyib (3:0), "Trabzonspor" isə "Beşiktaş"ı məğlub edib (2:1).