İngiltərə milli komandası Dünya Kubokunda yarımfinala çıxdı
ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə 23-cü dünya çempionatında daha bir yarımfinalçı məlum olub.
"Mediasport" xəbər verir ki, Fransa və İspaniya yığmalarına İngiltərə millisi də qoşulub.
Tomas Tuxelin baş məşqçisi olduğu britaniyalılar Norveçlə gərgin keçən 1/4 final qarşılaşmasını əlavə vaxtda qazanıblar - 2:1.
Adalıların hər iki qolunu Cud Bellingem vurub.
İngiltərə futbolçularının final yolunda rəqibi səhər saatlarında baş tutacaq Argentina - İsveçrə duelinin qalibi olacaq.
Digər yarımfinal cütündə isə Fransa və İspaniya seçmələri üz-üzə gələcəklər.
Dünya Kuboku iyulun 19-da yekunlaşacaq.


