Abdullah Zubirin arzusu: "Səhvlərimizdən nəticə çıxarırıq"

Abdullah Zubirin arzusu: "Səhvlərimizdən nəticə çıxarırıq"

“Hər futbolçu kimi, mənim də məqsədim, arzum Çempionlar Liqasının qrupunda oynamaqdır".

Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ"ın futbolçusu Abdullah Zubir deyib.

7 ildir Ağdam klubunun formasını geyinən Mərakeş əsilli yarımmüdafiəçi növbəti mövsümdə qitənin bir nömrəli klub yarışının əsas mərhələsinə yüksələcəklərinə inandığını bildiirb:

"Keçən il buna yaxın olsaq da, qapını tam aça bimədik, ÇL-in biraddımlığında dayandıq. Səhvlərimizdən nəticə çıxarırıq. Ümid edirəm ki, daha yaxşı hazırlaşıb bu dəfə liqa mərhələsinə vəsiqə qazanacağıq".