"Qarabağ" iştirak ərizəsini UEFA-ya göndərdi: Yeni dəyişikliklər edildi
UEFA Avropa Liqasında yarışan “Qarabağ” 2-ci təsnifat mərhələsinin SSKA (Bolqarıstan) ilə oyunları üçün iştirak ərizəsini təqdim edib.
"Mediasport" xəbər verir ki, 1-ci raund matçlarında heyətdə yer almayan Xoni Montiel və Jeremi Qnali bu dəfə də siyahıya salınmayıb.
Dani Bolt da bolqarlarla görüşdə iştirak etməyəcək. Zədədən qayıdan Musa Qurbanlı, həmçinin yeni qapıçı Martin Zlomisliç heyətə daxil olunub.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Teymur Həsənov, Dominik Zlomisliç, Bilal Hacıyev, Mateuş Koxalski;
Müdafiəçilər: Mateus Silva, Bense Varkonyi, Bruno Lanqa, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov;
Yarımmüdafiəçilər: Jali Muaddib, Marko Yankoviç, Abdullah Zubir, Kadi Borges, Aleksey Kaşuk, Cebrail Makreckis, Hikmət Cəbrayılzadə, Pedro Bikalyo, Əli Bəşirov, Samuel Lobato;
Hücumçular: Zakaria Savo, Musa Qurbanlı, Renaldo Sepas
Xatırladaq ki, ağdamlıların ilk oyunu iyulun 23-də Bakıda, cavab dueli iyulun 30-da Sofiyada baş tutacaq.


