Vensan Abubakarsız milli qələbə ilə başladı, "Zirə"nin üzvü məğlub oldu
Mərakeşin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda 1-ci turun görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, dördüncü oyun günündə 5 görüşlə ilk tura yekun vurulub.
"Neftçi"li Vensan Abubakarın son anda düşərgəyə çağırılmadığı Kamerun yığması Qabonu məğlub edib (1:0).
"Zirə"də çıxış edən Rikardo Martinşin (Gima) formasını geyindiyi Mozambik millisi Fildişi Sahili futbolçularına eyni hesabla uduzub (0:1). Gima 90 dəqiqə meydanda olub.
Digər matçlarda Əlcəzair Sudanı (3:0), Burkina Faso Ekvatorial Qvineyanı (2:1), Tunis isə "Uqandanı (3:1) məğlub edib.
Sabah turnirdə ikinci tur start götürəcək. Yarış yanvarın 18-də yekunlaşacaq.
