"Trabzonspor" finalda - VİDEO
Türkiyə Kubokunda növbəti finalçının adı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Fatih Tekkenin baş məşqçilik etdiyi "Trabzonspor" paytaxt Ankarada "Gənclərbirliyi"ni məğlub edib (2:1) və mərhələ adlayıb.
Qaradəniz təmsilçisi həlledici matçda 1/4 finalda "Fənərbaxça"nı, yarımfinalda isə "Beşiktaş"ı mübarizədən kənarlaşdıran "Konyaspor"la üz-üzə gələcək.
Final matçı mayın 22-də, saat 21:45-də Antalya şəhərində baş tutacaq.
