AÇ: Niderland - Xorvatiya oyunu Kamal Umudluya həvalə edildi

AÇ: Niderland - Xorvatiya oyunu Kamal Umudluya həvalə edildi

FİFA referisi Kamal Umudlu növbəti dəfə beynəlxalq oyunlara təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raund görüşlərində iş başında olacaq.

Umudlu martın 19-da 3-cü qrupda keçiriləcək Niderland - Xorvatiya, 25-də Çexiya - Niderland matçlarını idarə edəcək.

Referi martın 22-də Çexiya – Xorvatiya qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Namik Hüseynov həmin görüşlərdə köməkçi hakim olacaq.

Qrup mərhələsinin oyunları Çexiyada təşkil ediləcək.