AFFA Aslan Kərimovla Osman Rəhimovu Rumıniyaya göndərdi
AFFA nümayəndələri Rumıniyanın paytaxtı Buxarestdə UEFA-nın "Oyun təhlilinə dair Share seminarı"nda iştirak ediblər.
"Mediasport" xəbər verir ki, tədbirdə UEFA-nın Texniki İnkişaf departamentinin mütəxəssisləri ilə yanaşı, Azərbaycan, Niderland, Malta, Portuqaliya və digər ölkələrin futbol federasiyalarının nümayəndə heyətləri iştirak ediblər.
AFFA-nı seminarda Məşqçilik Təhsili şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov təmsil ediblər.
Tədbir çərçivəsində oyun təhlili, müasir təhlil tendensiyaları, eləcə də yaxın gələcəkdə spesifik oyun təhlili mütəxəssislərinin yetişdirilməsi istiqamətində fikir və təcrübə mübadiləsi aparılıb.
