UEFA Gənclər Liqası: "Qarabağ" "Dinamo", "Sabah" "Vikinq"lə üz-üzə

UEFA Gənclər Liqası: "Qarabağ" "Dinamo", "Sabah" "Vikinq"lə üz-üzə

Bu gün "Sabah" və "Qarabağ"ın U-19 komandaları UEFA Gənclər Liqasında növbəti oyunlarını keçirəcəklər.

"Mediasport" xəbər verir ki, "Sabah" əsas mərhələnin 4-cü turu çərçivəsində Norveçdə "Vikinq"in qonağı olacaq.

"Qarabağ" isə II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Xorvatiyada "Dinamo" ilə üz-üzə gələcək.

Komandalar arasında ilk görüşdə zaqreblilər 2:1 hesablı qələbə qazanıblar.

Hər iki matç Bakı vaxtilə saat 16:00-da start götürəcək.