Bu gün baş tutacaq "Azərbaycan derbi"sinə nə qədər bilet satılıb?

 Bu gün baş tutacaq "Azərbaycan derbi"sinə nə qədər bilet satılıb?

Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində bu gün baş tutacaq "Qarabağ" - "Neftçi" qarşılaşmasına maraq az deyil.

"Mediasport" xəbər verir ki, günorta saatlarına qədər "Azərbaycan derbisi"nə 5300-dən çox bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlanacaq.

Azarkeşlər biletləri iTicket.az üzərindən onlayn şəkildə və ya Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qapılar azarkeşlər üçün oyunun start fitindən 120 dəqiqə əvvəl açılacaq.