İTV-nin aparıcısı Premyer Liqa klubunun mətbuat katibi oldu

"İmişli" futbol klubunda yeni təyinat reallaşıb.
"Mediasport" xəbər verir ki, Leyla Behbudlu bölgə klubunun mətbuat katibi təyin edilib.
Teleaparıcı bu gün heyətə təqdim olunub.
Bir çox media qurumlarında çalışmış Behbudlunun son iş yeri "İctimai" TV olub.