AFFA İntizam Komitəsi "Qarabağ"ın məşqçisinə 4 oyunluq cəza verdi
AFFA İntizam Komitəsi "Qarabağ"ın U-16 komandasının baş məşqçisi Rauf Əliyevə ciddi cəza verib.
"Mediasport" xəbər verir ki, qurum bugünkü toplantıda gənc mütəxəssisin 4 oyunluq diskvalifikasiya edilməsinə dair qərar çıxarıb.
Buna Əliyevin "Neftçi" ilə oyunun 45+3-cü dəqiqəsində hakimi təhqir etməsi və birbaşa qırmızı vərəqə alması səbəb olub.
