"Azərbaycana qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq"
"Komandam Banqladeşi (1:2) məğlub etmək istəyirdi və qələbə qazanmaq üçün bu coşğun istək meydanda diqqət çatışmazlığına səbəb oldu. Amma biz bunu müsbət hal kimi görürük".
"Mediasport" xəbər verir ki, bu sözləri futbol üzrə San Marino yığmasının baş məşqçisi Roberto Çevoli deyib.
O, Azərbaycan millisi ilə baş tutacaq yoldaşlıq matçından öncə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Oyunçuların öz qabiliyyətlərinə olan gözləntiləri artıb. Bu təcrübədən istifadə edərək Azərbaycana qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Komandadan reaksiya gözləyirəm. Əminəm ki, meydandakı nəticədən asılı olmayaraq, bu, baş verəcək".
Xatırladaq ki, Macarıstanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.


