AFFA-nın inkişaf strategiyası torpaq meydançada - FOTOLAR

AFFA-nın dəstəyi ilə keçirilən UEFA-nın “HatTrick” proqramı çərçivəsində “Məktəblərdə Futbol Dərsi” layihəsi davam edir.
Mediasport.com.az xəbər verir ki, qurumun Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və layihənin koordinatoru Ziya Səfərov bu gün Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 137 nömrəli tam orta məktəbdə olublar. AFFA rəsmiləri dərs prosesində uşaqlarla birlikdə iştirak ediblər.
Qeyd edək ki, layihə ölkəmizdə 70-dən cox məktəbdə həyata keçirilir.
P.S. Layihə və təşəbbüs yaxşı olsa da, Belçika şirkətinə milyonlar ödəyib "İnkişaf Strategiyası" yazdıran AFFA əvvəlcə həyətlərdə, məktəblərdə uşaqların futbol oynaya bilməsi üçün normal ot (təbii-süni fərqi yoxdur) örtüklü meydançalar yaratmalı, ən azı buna səy göstərməlidir.