Daha 3 tanınmış klub "Qarabağ"a təklif göndərdi - YOX cavabı verildi

Daha 3 tanınmış klub "Qarabağ"a təklif göndərdi - YOX cavabı verildi

“Qarabağ”ın futbolçusu Pedro Bikalyonu transfer etmək istəyən klubların sayı artır.

"Mediasport" xəbər verir ki, Braziliyadan "Botafoqo"dan sonra daha bir və Avropadan isə iki klub "sambaçı"nı heyətində görmək istəyir.

Bu dəfə "İnternasyonal", "Braqa" və "Sivasspor" yarımmüdafiəçinin keçidi üçün Azərbaycan çempionuna müraciət ediblər.

Lakin "atlılar" bütün klubların təkliflərinə "yox" deyiblər.

Qurban Qurbanovun komandası cənubi amerikalının 4 milyon avrodan az olmamaq şərtilə birdəfəlik satışına razıdır.

Xatırladaq ki, 24 yaşlı Bikalyo "Qarabağ"ın heyətinə mövsümün əvvəlində icarədə olduğu Portuqaliyanın "Alverka" klubundan qoşulub.