AGİN nümayəndələri Ümummilli Liderin məzarını ziyarət etdilər

 AGİN nümayəndələri Ümummilli Liderin məzarını ziyarət etdilər

12 dekabr Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

Bu münasibətlə Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi, eləcə də nazirliyin strukturunda olan qurumların nümayəndələri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.