Mahir Məmmədov yenidən federasiya prezidenti seçildi

Mahir Məmmədov yenidən federasiya prezidenti seçildi

Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyinə yeni seçkilər keçirilib.

"Mediasport" xəbər verir ki, uzun illər federasiyada prezident vəzifəsində çalışan Mahir Məmmədov səsvermə nəticəsində növbəti dörd il müddətinə federasiyanın prezidenti seçilib.

Faiq Həsənov birinci vitse-prezidenti, Yaqub Hüseynov və Bəxtiyar Məmmədov isə vitse-prezident seçiliblər.

Azərbaycan Şahmat Federasiyasının prezidenti və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqləniblər.

Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva, Elnur Əliyev, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov İcraiyyə Komitəsində yer alacaqlar.