Yalnız Eldəniz Əzizli 1/2 finala çıxa bildi - Millimizdən uğursuz start

Yalnız Eldəniz Əzizli 1/2 finala çıxa bildi - Millimizdən uğursuz start

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün mundialda yunan-Roma güləşi üzrə yarışlar başlanıb.

İlk gündə Azərbaycanın 4 təmsilçisi mübarizəyə qoşulub. Təəssüf ki, milli komandamız tam uğurla start götürməyib.

Yalnız 4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq) ümidləri doğruldaraq yarımfinala yüksəlib.

Sənan Süleymanov (77 kq) və Qurban Qurbanov (82 kq) 1/4 finalda, Beka Kandelaki (130 kq) isə startda uduzub.

Xatırladaq ki, Azərbaycan millisinin heyətində sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc medal qazanıblar.

DÇ-yə sentyabrın 21-də yekun vurulacaq.