"Tək futbol oynamadım, böyüdüm, öyrəndim və xatirələr qazandım"

"Tək futbol oynamadım, böyüdüm, öyrəndim və xatirələr qazandım"

"Bu gün sözləri seçmək asan deyil. Bu forma ilə keçən illər ərzində təkcə futbol oynamadım, böyüdüm, öyrəndim və unudulmaz xatirələr qazandım".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılaraq "Bursaspor"a keçən Toral Bayramov sosial media hesabında etdiyi vida paylaşımında yazıb.

Azərbaycan milli komandasının üzvü Ağdam təmsilçisinin rəhbərliyinə təşəkkür edib:

"Mənə güvənən hər kəsə - rəhbərliyə, məşqçilərə, komanda yoldaşlarıma və hər zaman yanımda olan azarkeşlərə minnətdaram. "Qarabağ" mənim üçün sadəcə klub olmadı, həyatımın bir hissəsinə çevrildi".

Bayramov "atlılar"ın son mövsüm Çempionlar Liqasında uğurlu çıxış etdiklərindən söz açıb:

"Doğma "Qarabağ"ı çempion kimi tərk etmək istəyərdim. Olmadı…Əvəzində Çempionlar Liqasında tarix yazıldı! Çətin qərar oldu, həm mənim, həm də rəhbərlik üçün. İstəyimi nəzərə alıb mənim keçidimi anlayışla qarşılayan rəhbərliyə xüsusi təşəkkürümü bildirirəm".

Xatırladaq ki, bir neçə gün öncə Toralın Türkiyə klubuna keçidi rəsmiləşib.