Bakıda MMA turniri keçiriləcək

Bakıda peşəkar döyüşçülər arasında MMA turniri keçiriləcək.
"Mediasport" xəbər verir ki, döyüş gecəsi “ASED Fighting Championship”in təşkilatçılığı ilə baş tutacaq.
Fevralın 22-də reallaşacaq “ASED15” yarışı “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.
Əli Şərifov, Tehran Umidxanov, Mehrab Məmmədzadə, Şamil Adıbayev, Həsən Həsənov və Elmir Cəfərov kimi MMA-çıların meydan alacağı gecədə 16 döyüş olacaq.
Turnir mayda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr ediləcək beynəlxalq yarışa vəsiqə xarakteri daşıyır.