"Sabah"ın ÇL-də rəqibləri nə vaxt məlum olacaq? - PÜŞK ATILACAQ
Tarixində ilk dəfə UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan “Sabah”ın əsas raundda rəqiblərinin müəyyənləşəcəyi vaxt dəqiqləşib.
"Mediasport" xəbər verir ki, püşkatma mərasimi avqustun 27-də Monakoda keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Liqa mərhələsində ümumilikdə 36 komanda mübarizə aparacaq.
Azərbaycan çempionu 4-ü səfərdə, 4-ü evdə olmaqla 8 görüş keçirəcək.
Əsas raundun ilk tur qarşılaşmaları 8-10 sentyabr aralığında baş tutacaq.

