"Neftçi" 5-ci tur hazırlığını başa vurub Yevlax səfərinə yola düşdü
Sentyabrın 11-də Azərbaycan Premyer Liqasının 5-ci turunda "İmişli"nin qonağı olacaq "Neftçi" hazırlığı başa vurub.
"Mediasport" xəbər verir ki, paytaxt klubunun üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
“Ağ-qaralar” hazırlıq prosesindən sonra səfərə yollanıblar.
Xatırladaq ki, Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:30-da start götürəcək.

