Fərrux Hüseynzadə DÇ-2028-in Qazaxıstan - Belarus matçında
AFFA nümayəndəsi Fərrux Hüseynzadə UEFA-dan təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, oktyabrın 20-də futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Qazaxıstan - Belarus oyununda UEFA nümayəndəsi olacaq.
Qazaxıstanın Astana şəhərindəki “Jekpe-Jek” idman kompleksində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

