"Araz-Naxçıvan" Bakıda 1-ci Liqa klubuna 4 qolla qalib gəldi

 "Araz-Naxçıvan" Bakıda 1-ci Liqa klubuna 4 qolla qalib gəldi

Qış hazırlığını Bakıda keçən "Araz-Naxçıvan" daha bir yoxlama oyununda gücünü sınayıb.

"Mediasport" xəbər verir ki, Andrey Demçenkonun komandası 1-ci liqa təmsilçisi "Zaqatala" ilə qarşılaşıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüş Premyer Liqa klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Şarl Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov vurublar.