Yığmamızın futbolçusu "Şaxtyor"da oynayacaq - RƏSMİ

Yığmamızın futbolçusu "Şaxtyor"da oynayacaq - RƏSMİ

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü karyerasını yenidən Qazaxıstanda davam etdirəcək.

"Mediasport" xəbər verir ki, müdafiəçi Premyer Liqa klubu "Şaxtyor"a keçib.

29 yaşlı futbolçu Karaqanda təmsilçisi ilə müqavilə bağlayıb.

Daha əvvəl Qazaxıstanın "Okjetpes" və "Yelimay" klublarında forma geyinmiş Məmmədova müxtəlif illərdə Türkiyədə "Adana", "Eriğli Belediyespor", "Yukatel Kayseri", "Qaziantep Asya" və "Şırnak", həmçinin Rusiyada "Rubin"də legioner həyatı yaşayıb.