Millimiz Belarusla qarşılaşır

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq matçında gücünü sınayacaq.
"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Belarus toplanışı çərçivəsində yerli yığma ilə qarşılaşacaq.
Minskdə yerləşən “Traktor” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Xatırladaq ki, komandamız iki gün əvvəl rəqibinə 0:3 hesabı ilə məğlub olub.