RƏSMİ: "Traktor"un ÇL oyunları Azərbaycanda canlı yayımlanacaq

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin tərkibində fəaliyyət göstərən "İdman" TV Asiya Çempionlar Liqasının yayım hüququnu əldə edib.
"Mediasport" xəbər verir ki, bununla azərbaycanlı azarkeşlər tarixində ilk dəfə İran çempionu olan və Asiya Çempionlar Liqasına vəsiqə qazanan Təbrizin "Traktor" klubunun oyunlarını canlı izləyə biləcəklər.
Yarışın əsas mərhələsinin qarşılaşmaları beynəlxalq yayım şirkəti ilə "İdman" TV arasında imzalanmış rəsmi müqavilə əsasında təqdim olunacaq.