"Qarabağ" - "Çelsi" oyununu avstriyalı hakimlər idarə edəcək

"Qarabağ" - "Çelsi" oyununu avstriyalı hakimlər idarə edəcək

Noyabrın 5-də Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununun hakimlər briqadası açıqlanıb.

"Mediasport" xəbər evrir ki, qarşılaşmanı Avstriyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Görüşün baş hakimi Sebastian Gishamer olacaq. Ona yan xətdə Roland Ridel və Santino Şreyner köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Manuel Şuettenqruber, AVAR-da Jozef Spurni işləyəcək.

Bu hakimlər ötən ay DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Polşada keçirilmiş Ukrayna - Azərbaycan (2:1) görüşünün hakimləri olublar.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq duel saat 21:45-də start götürəcək.