Millimizin futbolçusu Şotlandiya və Çexiyaya qarşı oynamayacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Edqar Adilxanov uzun müddətə sıradan çıxıb.
"Mediasport" xəbər verir ki, AVRO-2027-nin seçmə qrup mərhələsində Portuqaliya səfəri öncəsi məşqdə zədə alan vinger 6 həftə yaşıl meydanlardan kənar qalacaq.
Hazırda müalicə kursu keçən "Şamaxı"nın yarımmüdafiəçisi millinin növbəti turlarda Çexiya və Şotlandiya ilə matçlarını buraxacaq.
Yığmamız Çexiya futbolçuları ilə oktyabrın 10-da, Şotlandiya seçməsi ilə oktyabrın 14-də qarşılaşacaq.