AFFA bu stadionda süni ot örtüyünü dəyişdirdi - FOTOLAR

AFFA tərəfindən Binə qəsəbə stadionunda süni ot örtüyünün yenilənməsi işləri başa çatdırılıb.
Mediasport.com.az xəbər verir ki, yeni quraşdırılmış ot örtüyü ən son müasir standartlara cavab verir və FİFA lisenziyalı süni ot örtüyü laboratoriyası tərəfindən test edilib.
Testin nəticəsinə uyğun olaraq süni ot örtüyünün "FIFA Quality Pro" sertifikatına uyğunluğu təsdiqlənib.