Əjdər Bağırovdan gümüş medal

  Əjdər Bağırovdan gümüş medal

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turniri başa çatıb.

"Mediasport" xəbər verir ki, son yarış günündə Əjdər Bağırov (-100 kq) Azərbaycan millisinin aktivinə növbəti medalı yazdırıb.

Cüdoçumuz gümüş mükafata sahib çıxıb.

İlk yarış günündə Elşən Əsədov (-66 kq) qızıl, Rəşad Yelkiyev (-66 kq) gümüş, Kamran Süleymanov (-73 kq) isə bürünc medal qazanıb.

Azərbaycan millisi turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub.

Yığmamız 38 ölkə arasında ümumi komanda hesabında altıncı yeri tutub, kişilər arasında Fransa ilə ikinci və üçüncü pilləri bölüşüb.