Qadın güləşçilərimiz mübarizəyə başlayırlar - Avropa çempionatı

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın qadın güləşçiləri də mübarizəyə qoşulacaqlar.
İlk gündə iki təmsilçimiz yarışacaq. Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) xalça üzərinə çıxacaqlar.
Axşam seansında isə üç sərbəst güləşçimiz medal görüşlərini keçirəcəklər.
Finalçılarımız - Osman Nurməhəmmədov (92 kq) qızıl medal uğrunda Dauren Kuruqluevlə (Yunanıstan), Giorgi Meşvildişvili (125) Solomon Manaşvili (Gürcüstan) ilə qarşılaşacaq.
Ağanəzər Novruzov (74 kq) isə bürünc mükafat uğrunda Ramazan Ramazanovla (Bolqarıstan) üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) 3-cü yeri tutublar.
Milli komandamız Slovakiyaya 10 sərbəst, 4 qadın və 10 yunan-Roma güləşçisi ilə yollanıb.
Qitə birinciliyinə aprelin 13-də yekun vurulacaq.