Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirildi

UEFA Avropa Konfrans Liqasında da pley-off mərhələsinin ilk matçları start götürüb.
Mediasport.com.az xəbər verir ki, azarkeşlər 8 görüş izləyiblər.
Raundun cavab oyunları fevralın 20-də keçiriləcək.
Avropa Konfrans Liqası. Pley-off mərhələsi. İlk oyunlar
TSK (Serbiya) - “Yagelloniya” (Polşa) 1:3
“Selye” (Sloveniya) - APOEL (Kipr) 2:2
“Vikinqur” (İslandiya) - “Panatinaikos” (Yunanıstan) 2:1
“Mölde” (Norveç) - “Şemrok Rovers” (İrlandiya) 0:1
“Gent” (Belçika) - “Betis” (İspaniya) 0:3
“Boraç” (Bosniya və Herseqovina) - “Olimpiya” (Sloveniya) 1:0
“Omoniya” (Kipr) - “Pafos” (Kipr) 1:1
“Kopenhagen” (Danimarka) - “Haydenhaym” (Almaniya) 1:2