Avroliqada üçüncü raundun cavab oyunlarına 1 matçla start veriləcək

Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
"Mediasport" xəbər verir ki, birinci oyun günündə bir qarşılaşma keçiriləcək.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a uduzan "Şelbörn" "Riyeka"nı qəbul edəcək.
İrlandiya klubu Xorvatiyada baş tutan ilk matçda Riyeka şəhərinin eyniadlı təmsilçisi üzərində geridönüşlə qələbə qazanmışdı (2:1).
Xatırladaq ki, Avroliqada bu mərhələyə 14 avqustda yekun vurulacaq.
UEFA Avropa Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunu
22:45 "Şelbörn" (İrlandiya) - "Riyeka" (Xorvatiya) İlk oyun - 2:1