U-20 dünya çempionatı: Ayxan Cavadov qızıl medal qazandı

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryana 12:5 hesabıyla qalib gəlib və dünya çempionu olub.
Ayxan həm U-17, həm də U-20 yaş qrupunda Avropa və dünya çempionu olan 3-cü güləşçimizdir.
Buna qədər belə uğura 2 yunan-Roma güləşçimiz - Murad Məmmədov və İslam Abbasov imza atmışdı.