Azərbaycan güləşçiləri Poreçdə 2 medal qazandılar - Dünya Seriyası

 Azərbaycan güləşçiləri Poreçdə 2 medal qazandılar - Dünya Seriyası

Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsi baş tutub.

"Mediasport" xəbər verir ki, 80 kq-da Azərbaycanı təmsil edən iki güləşçi fəxri kürsüyə qalxıb.

Sahib Dadaşov gümüş, Vüsal Əliyev bürünc medal qazanıb.

İslam İlyasov (+90 kq) 4-cü, Əşrəf Aşırov (90 kq) 5-ci, Rübail İbrahimli (70 kq) 9-cu yeri tutub.

Yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.