Azərbaycan güləşçiləri Rusiyadakı turniri iki medalla başa vurdular

 Azərbaycan güləşçiləri Rusiyadakı turniri iki medalla başa vurdular

Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirəsinə keçirilən turnirə yekun vurulub.

"Mediasport" xəbər verir ki, 55-ci dəfə təşkil edilən Memorialın son günündə 61, 70, 79, 92 və 125 kiloqramda medalçılar müəyyənləşib.

Milli komandanın üzvü Cəbrayıl Qadjiyev yeni çəkidə debüt edib. 79 kiloqramda mübarizə aparan təmsilçimiz ənənəvi yarışda bürünc medal qazanıb.

Xatırladaq ki, ötən gün Musa Ağayev (65 kiloqram) eyni nəticəyə imza atıb.