Patrik Andradenin vurduğu qol fevral ayının ən yaxşısı seçildi

 Patrik Andradenin vurduğu qol fevral ayının ən yaxşısı seçildi

"Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi “Ayın qolu” layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan Patrik Andrade mükafatlandırılıb.

"Mediasport" xəbər verir ki, Ağdam klubunun futbolçusuna mükafatı 29-cu turun “Zirə” ilə görüşündən əvvəl "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.