Azərbaycan Avropa çempionatında 6 idmançı ilə təmsil olunacaq
18-24 may tarixlərində Türkiyənin Antalya şəhərində kamandan oxatma üzrə açıq havada Avropa çempionatı keçiriləcək.
"Mediasport" xəbər verir ki, bu turnirdə Azərbaycanı Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova, Sərdar Vəliyev və Nurlan Rəhimli təmsil edəcəklər.
İdmançılarımız çempionat çərçivəsində fərdi, komanda və qarışıq növlərdə hədəf qarşısına keçərək ən yüksək nəticələr üçün yarışacaqlar.
