Eldəniz Əzizli: "İldən-ilə gənclərlə rəqabət aparmaq çətinləşir"

Eldəniz Əzizli: "İldən-ilə gənclərlə rəqabət aparmaq çətinləşir"

“Hədəfim 5-ci dəfə dünya çempionu olmaq idi. İstəyimə tam nail olmasam da, medalsız qalmadım".

"Mediasport" xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Eldəniz Əzizli deyib.

Xorvatiyada keçirilən dünya çempionatında 55 kq çəki dərəcəsində bürünc medal qazanmaqla ardıcıl 7-ci mundialı mükafatla başa vuran yığmamızın kapitanı təəssüratlarını paylaşıb:

"Dünya çempionatlarında qazanılan medalların əyarına görə, güləşdə ölkə rekordçusu idim. Bu yarışda 7-ci medalımı qazanmaqla artıq medal sayına görə də rekorda imza atdım. Buna görə sevinirəm.

İldən-ilə gənclərlə rəqabət aparmaq çətinləşir. Ümid edirəm ki, bundan sonra mənim və komandam üçün daha yaxşısı olar”.