Azərbaycan birinciliyi keçiriləcək
Dekabrın 25-28-i tarixlərində cüdo üzrə 14 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək.
"Mediasport" xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 98 klub və idman cəmiyyətindən 423 cüdoçu (321 oğlan, 102 qız) ümumilikdə 18 çəki dərəcəsində mübarizə aparacaq.
Dekabrın 25-27-də fərdi mübarizə, 28-də isə komandalararası yarış baş tutacaqolacaq.
Görüşlər hər gün saat 11:00-da start götürəcək.
