Azərbaycanı Parisdə "Böyük Dəbilqə"də 8 cüdoçu təmsil edəcək

 Azərbaycanı Parisdə "Böyük Dəbilqə"də 8 cüdoçu təmsil edəcək

Fevralın 7-də Fransanın paytaxtı Parisdə start götürəcək cüdö üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, iki gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 8 cüdoçu qoruyacaq.

İdmançılarımız nüfuzlu yarışda kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında beş çəki dərəcəsində mübarizə aparacaqlar.

Balabəy Ağayev (60 kq), Nazir Talıbov, Ruslan Paşayev (hər ikisi 66 kq), Zelim Tçkayev, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov tatamiyə çıxacaqlar.

Turnirə 82 ölkədən 526 cüdoçu qatılacaq.