Azərbaycan cüdoçuları Çexiyada təlim-məşq toplanışına qatılıb

Azərbaycan cüdoçuları Çexiyada təlim-məşq toplanışına qatılıb

Azərbaycan cüdoçuları Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Çexiyanın Nimburk şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsində iştirak edirlər.

"Mediasport" xəbər verir ki, hazırlıq prosesinə milli komandaların 19 üzvü (9 kişi, 10 qadın) cəlb olunub.

Cüdoçulara kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdullatif rəhbərlik edir.

Təlim-məşq toplanışı martın 21-23-də Gürcüstanda keçiriləcək Tbilisi “Böyük Dəbilqə” turnirinə, həmçinin qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Olimpiya Təlim Düşərgəsi 17 martda başa çatacaq.