Emin Əmrullayev FİBA-nın Bəhreyndəki Konqresinə qatılıb

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov Bəhreynin Manama şəhərində keçirilən "FİBA Mid-Term Congress 2025"də iştirak edirlər.
"Mediasport" xəbər verir ki, toplantıda 160-dan çox milli federasiya rəsmiləri növbəti inkişaf mərhələlərini müzakirə edirlər.
Konqresdə FİBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur.
Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər gələcək üçün yeni imkanların qapısını açır.