"Sizinlə yenidən görüşmək fürsətini qaçırdığım üçün təəssüflənirəm"

"Sizinlə yenidən görüşmək fürsətini qaçırdığım üçün təəssüflənirəm"

“Dəyərli cüdosevərlər, bu gün Monteneqroda start götürən Avropa çempionatında xəstəlik səbəbindən iştirak edə bilməyəcəyəm. Sizinlə yenidən görüşmək fürsətini qaçırdığım üçün təəssüflənirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri cüdo üzrə Olimpiya çempionu Hidayt Heydərova məxsusdur.

Bu gün başlanan Avropa çempionatında iştirak edə bilməyən dünya və Avropa çempionu sosial şəbəkə hesabında yarışdan kənarda qalmasına münasibət bildirib:

"Tezliklə tam sağalıb tatamiyə daha güclü qayıdacağım anı səbirsizliklə gözləyirəm. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm”.

Qeyd edək ki, idmançı xəstələndiyi üçün son anda millinin heyətindən çıxarılıb.