Dünya çempionatına dəvət edilən ilk azərbaycanlı kimi tarixə düşdü
Azərbaycan cüdo tarixində ilk yaşanıb.
"Mediasport" xəbər verir ki, Macarıstanda keçiriləcək böyüklər arasında dünya çempionatında ilk dəfə azərbaycanlı hakim iş başında olacaq.
“A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Budapeştdə təşkil olunacaq mundialda ölkəmizi təmsil edəcək.
Yarış 13-20 iyun tarixlərində baş tutacaq.
