Millimizin Bakıda Danimarka ilə matçlarının saatları dəqiqləşdi

Millimizin Bakıda Danimarka ilə matçlarının  saatları dəqiqləşdi

Futzal üzrə Azərbaycan millisinin Danimarka yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının başlanma saatı dəqiqləşib.

"Mediasport" xəbər verir ki, qarşılaşmalardan biri saat 19:00-da, ikincisi saat 16:00-da start götürəcək.

Bakı İdman Sarayında təşkil olunacaq görüşlər yanvarın 22-də və 24-də baş tutacaq.