Azərbaycan millisi səfərdə İsveç yığmasına uduzdu - AVRO-2026

Azərbaycan millisi səfərdə İsveç yığmasına uduzdu - AVRO-2026

Futzal üzrə Azərbaycan milli komandası AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv 5-ci tur çərçivəsində İsveç yığmasının qonağı olub.

Bakıda bu rəqiblə 3:3 hesablı heç-heçə edən komandamız məğlubiyyətdən qaça bilməyib.

Qeyd edək ki, futzalçılarımız 4 turdan sonra 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar.

Lider Xorvatiyanın 12 xalı var.


Avropa çempionat. Əsas mərhələ. 5-ci qrup, 5-ci tur


İsveç - Azərbaycan 4:3

Hakimlər: Peter Nyurs, Cordan Qriffits, Oliver Rodriges-Ballinger (Hakimlər briqadası İngiltərədəndir)

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Fabrisio Di Feliçe (İtaliya) 

Timekiper: George Yansizian (İsveç)

Helsinqborq Arena.