Azərbaycan çempionu Bakıda rüsvayçı hesabla uduzdu - 0:9

Azərbaycan çempionu Bakıda rüsvayçı hesabla uduzdu - 0:9

Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyununu keçirib.

"Mediasport" xəbər verir ki, təmsilçimiz Bakıda Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşıb.

Görüş Azərbaycan çempionunun rüsvayçı məğlubiyyəti ilə yekunlaşıb.

Komandalar arasında cavab görüşü dekabrın 5-də Portuqaliyada reallaşacaq.

Cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) duelinin güclüsü ilə üz-üzə gələcək.

“Araz-Naxçıvan”ın ilk oyun üçün iştirak ərizəsi:

Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli, 19. Hüseyn Əbdülov;

Oyunçular: 15. Fərid Abbasov, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 10. Jan Markos Perruzo, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 49. Kənan Manafov, 7. Yaqo Enrike, 9. Aleks Rezende.

Baş məşqçi: Yevgeni Kukseviç.


UEFA Çempionlar Liqası. 1/8 final. İlk oyun


"Araz-Naxçıvan" (Azərbaycan) - "Benfika" (Portuqaliya) 0:9

Birinci hakim: Yianqos Yianqu

İkinci hakim: Mikael Kristofides

Üçüncü hakim: Nikolas Nikolau (hər üçü Kipr)

Bakı İdman Sarayı.